“Düzünü deyim ki, tam hazır deyildik...” - İcra başçısı

duzunu-deyim-ki-tam-hazir-deyildik
Oxunma sayı: 663

"2016-cı ildə rayonda pambıqçılıq sahəsində əsaslı dönüş yaradılması ilə bağlı tapşırıqlarınızın icrasına, . düzünü deyim ki, biz tam hazır deyildik Amma biz bunu etməli idik. Qarşımıza çıxan bütün çətinliklərə baxmayaraq, cənab Prezident, Sizin köməyiniz və dəstəyiniz sayəsində pambıqçılarımız ötən il 8109 hektar sahədə pambıq əkmişdilər ki, bu da 2015-ci illə müqayisədə 2 dəfə çoxdur".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

O bildirib ki, ötən il becərmə və məhsulun yığılması işlərinə 6 min nəfərə yaxın işçi cəlb olunub ki, onlardan da 3500 nəfərdən çoxunu gənclər təşkil edirdi:

"Pambıqçıların fədakarlığı nəticəsində sahələrdən 12 min tondan çox pambıq toplanaraq emal müəssisələrinə təhvil verildi. Pambıq istehsalçıları 6 milyon manata yaxın real gəlir əldə ediblər ki, bunun da 1 milyon 201 min manatı Sizin müvafiq Sərəncamınızla son məhsula görə istehsalçılara verilən subsidiya olub.

Keçən təsərrüfat ilinin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırıb, cari ildə onlarda pambıq əkininə olan marağı daha da artırıb. Təsadüfi deyil ki, cari ildə fermerlər ötən illə müqayisədə 2 dəfə çox, yəni, 17150 hektar sahədə pambıq əkəcəklər. Ötən təsərrüfat ilindən fərqli olaraq, bu il aqrotexniki qaydalara əməl etməklə işlərə vaxtında başlanılıb, artıq 16 min hektardan çox sahədə şum aparılıb.

Sizin tapşırığınıza uyğun olaraq rayonda pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edən 60 kilometrdən çox mövcud suvarma kanalları müvafiq qurumlar tərəfindən yenidən qazılaraq lildən təmizlənib ki, bu da istehsalçılar tərəfindən böyük razılıqla qarşılanıb".