Əbdüləziz bin Osman Ali Neft Məktəbində - Foto

ebduleziz-bin-osman-ali-neft-mektebinde-foto
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, Federasiya prezidentini Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Məktəbin rektoru Elmar Qasımovdünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən kollektivin qürur hissi keçirdiyini vurğulayıb.

Bakı Ali Neft Məktəbi haqqında qonağa ətraflı məlumat verən rektor bildiribki , ali təhsil müəssisəsi 2011-ci ilin noyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradılıb. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır.

Tədbirdə çıxış edən İSESKO- nun baş direktoru vəİslam Dünyası Universitetləri Federasiyasının prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri ölkəmizdə olduğundan məmnunluq hissi keçirdiyini qeyd edib və Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığını vurğulayıb. O, Bakı Ali Neft Məktəbinə dəvət olunduğu üçün Bakı Ali Neft Məktəbinin rektoru cənab E. Qasımova minnətdarlığını bildirmiş, gənc kollektivə uğurlar diləmiş və onun fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində “ İslam Dünyası Unversitetləri Federasiya”sı və Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə “Əməkdaşlıq Protokolu” imzalanıb.