Əbdülqədir Maşaripov axtarılır - “Reina”dakı terakta görə

Əbdülqədir Maşaripov axtarılır
Oxunma sayı: 2044

Dekabrın 31-də “İstanbulda “Reina” gecə klubunda 39 nəfərin ölümü, 66 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra şübhəli Əbdülqədir Maşaripovun axtarışları davam etdirilir.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, terrorçu bu gün Bağçılar metro stansiyası yaxınlığında görünüb. Buna görə də Bağçılar-Kirazlı dayanacağı bağlanıb, metroda qatarların hərəkəti dayandırılıb.

Əraziyə polis heyəti sövq edilib. Axtarışlar aparıldıqdan sonra metro yenidən fəaliyyətə başlayıb.

Atatürk hava limanının girişində də təhlükəsizlik tədbirləri gücləndirilib.

Məsələylə bağlı bir nəfərin saxlanıldığı bildirilir.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi