“Ebola”dan ölənlərin sayı artdı

eboladan-olenlerin-sayi-artdi
Oxunma sayı: 678

Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası sәbәbindәn ölәnlәrin sayı 23-ә çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, virus Bikoro, İboko, Vanqata vә Mbandaka bölgәlәrindә daha çox müşahidə edilir.

Daha 44 nəfərin bu epidemiyaya yoluxduğu bildirilib.

Qeyd edәk ki, Ümumdünya Sәhiyyә Tәşkilatı virusun qarşısını almaq mәqsәdi ilә dünәn bölgәyә tәcili yardım briqadaları vә 4 min doza “Ebola” vaksini göndәrib.