Ebru Gündeş canlı yayımda ərindən danışaraq ağladı - - Video

ebru-gundes-canli-yayimda-erinden-danisaraq-agladi-
Oxunma sayı: 6750


Ebru Gündeş bu gün "O səs Türkiyə" proqramına qatılıb.

"Qafqazinfo" xəbər verir ki, o, əri Rza Zərrabın həbsindən danışarkən ağlayıb:

"Heç kim unutmasın ki, həyatda hər şey insan üçündür. Mən işimi sevərək görürəm, evlənmədən öncə də işimi görürdüm, evləndikdən sonra da işimi görəcəyəm. Arzu edirəm ki, bu qara günlər tez keçər. Çox təəccüblü və kədərli olduğum bir mövzudur. Rza mənim uşağımın atası və ərimdir. Onunla sevərək evləndim və bir-birimizə söz verdik ki, yaxşı, pis gündə bir yerdə olacağıq. Hər gecənin bir sabahı var, bunun da bir sabah olacaq. İnşallah, bu qara günlər tez keçər, uşağımın pis olmasını istəmirəm. Dostlarım, bu gün məni bağışlasın, burda olsam da ruhum burda deyil. İçim qan ağlayır .Heç kim unutmasın ki, həyatda hər şey insan üçündür. Arzu edirəm ki, bu qara günlər tez keçər. Bəli, bir qaranlıqdan keçirik. Bildiyim bir şey var ki, hər gecənin bir sabahı var. Bunun da bir sabahı var. Bu gecə dostlarımdan ricam mənim yükümü azaldacaqsınız".