Ebru Gündeş Nyu-Yorka köçür

ebru-gundes-nyu-yorka-kocur
Oxunma sayı: 4188

Türkiyəli sənətçi Ebru Gündeş bu ilin sentyabrında Nyu-Yorka gedərək ABŞ-da məhkəmənin qərarı ilə müvəqqəti olaraq sərbəst buraxılan həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrabla görüşərək mühüm qərar verib.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, Münhettendə “Four Season” otelində görüşdən sonra sənətçi qızı Alara ilə ilin bir hissəsini Nyu-Yorkda keçirmək qərarına gəlib.

E. Gündeşin yaxınlarına “Alara ilə atasının bir-birindən ayrı qalmasını istəmirəm. Qızımız artıq xaricdə təhsil alacaq. Amma ölkəmlə əlaqəmi əlbəttə ki, kəsməyəcəm” deyib.

Məlumata görə, müğənni İstanbul-Kanlıcadakı evini satmayacaq. O, verəcəyi konsertlər üçün mütəmadi Türkiyədə olacaq.

Qeyd edək ki, Ebru Gündeşlə Rza Zərrab 2010-cu ildə ailə qurub. Cütlüyün Alara adında 7 yaşlı qızı var. R. Zərrab 2016-cı ilin martında ABŞ-da həbs olunub. O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq, maliyyə saxtakarlığı, dələduzluq maddələri ilə mühakimə olunur.