Ebru Gündeş Rza Zərrabı belə qarşıladı- - Foto+Video

ebru-gundes-rza-zerrabi-bele-qarsiladi-
Oxunma sayı: 9570


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, xəbəri eşidən müğənni dərhal R.Zərrabın saxlanıldığı həbsxanaya gedib. 

“Ərini axşam evə göndərirəm. Gözün aydın”, deyə R.Zərrabın vəkili E.Gündeşlə telefon danışığında deyib.

Həbsxanaya gələn müğənni saat 17:00 radələrində qara avtomobillə olduqları ərazini birlikdə tərk ediblər. Arxa oturacaqda əyləşən cütlük kameralardan yan keçə bilməyib və görüntüləniblər. Digər yandan isə R.Zərrabın mühafizəçiləri bildirilən şəxslər jurnalistlərə hücum edib. Mühafizəçilər jurnalistlərin görüntü əldə etməməyinə çalışıblar.

Qeyd edək ki, Türkiyədə “17 dekabr” rüşvətxorluq və korrupsiya qalmaqalına görə həbs edilən iş adamı Rza Zərrab və onun birlikdə 5 nəfər təxliyyə edilib.