Ebru Gündeşdən azərbaycanlılara müraciət - Video

ebru-gundesden-azerbaycanlilara-muraciet
Oxunma sayı: 4579

Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşan müğənni Ebru Gündeş azərbaycanlılara müraciət edib. “Qafqazinfo” xəbər verir ki, Türkiyənin məşhur sənətçisi 3 noyabrda pərəstişkarları ilə görüşəcəyini bildirib:

“Biz uzun fasilədən sonra Bakıya gəlirik. Heydər Əliyev Sarayında konsert üçün hazırlaşırıq. Hamınızın yolunu gözləyirəm”. 

Qeyd edək ki, E. Gündeşin konsertinin biletlərinin qiyməti 80 manatdan 800 manata kimidir.

Biletləri Sarayın kassasında və “iticket.az” daxil olaraq əldə edə bilərsiz. 

Xatırladaq ki, konsertin informasiya dəstəkçisi “Qafqazinfo”dur.