Ebrudan 50 min təzminat istəyir

ebrudan-50-min-tezminat-isteyir
Oxunma sayı: 2307

Müğənni Ebru Gündeşin ifa etdiyi “Annem için” mahnısı məhkəməlik olub. “Qafqazinfo” xəbər verir ki, bəstənin “Ölmüş bil” adlı əsərdən oğurlandığı iddia edilir.

Bunun üçün müəllif Ahmet Çakır “Annem için”in söz yazarı və bəstəkarı Sezgin Büyükü və ifaçısı Ebru Gündeşi məhkəməyə verib. 

A. Çakır hər iki tərəfdən 50 min TL təzminat istəyib.