Ebrudan Azərbaycandakı fanatlarına sürpriz

ebrudan-azerbaycandaki-fanatlarina-surpriz
Oxunma sayı: 3363

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda 1 milyon TL –lik albomuna daxil olan mahnıları səsləndirəcək.

“Qafqazinfo” xəbər verir ki, layihə bir neçə gün sonra Türkiyə paylaşım platformalarında işıq üzü görəcək.

Sıla, Gökhan Tepe, Niran Ünsal, Ayla Çelik kimi məşhurlardan mahnı alaraq albomuna daxil edən Ebru Heydər Əliyev Sarayında bəstələri ilk dəfə ifa edəcək.

Bundan əlavə, Ebru konsertdə pərəstişkarlarına sürpriz edərək bir neçə Azərbaycan mahnısı oxuyacaq.

Müğənni Bakıya 33 nəfərlik böyük bir komanda ilə gələcək.

Bu məqamda bildirək ki, sənətçinin 3 noyabrdakı Bakı konsertinə 80- 100 manatlıq biletlər tükənib.  Hazırda VİP biletlərin satışı həyata keçirilir. Biletləri "İticket.az" (https://iticket.az/events/concerts/ebru-gundesh/4073) saytından əldə edə bilərsiniz.

Xatırladaq ki, konsertin informasiya dəstəkçisi “Qafqazinfo”dur.