Ebrunun gizli sevgilisinin arvadı danışdı

ebrunun-gizli-sevgilisinin-arvadi-danisdi
Oxunma sayı: 638

Xəbər verdiymiz kimi, türkiyəli keçmiş model və aparıcı Ebru Şallı Bodrum-Gündoğanda gəmilərdən birində yeni sevgilisi Uğur Aktaşla günəşlənərkən görüntülənib. Daha sonra iş adamının evli olduğu məlum olub. 

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Uğurun həyat yoldaşı Gonca Akkuş mətbuata açıqlama verib. 

O, Uğurla evli olduğunu, ondan iki övlad dünyaya gətirdiyini söyləyib. G. Akkuş həyat yoldaşını bağışlamayacağını söyləyib :

“Onu bağışlamayacam, sabah ilk işim boşanmaq üçün məhkəməyə müraciət etməkdir. Ebru xanım da yəqin ki, onun evli olduğunu bilmir”.