Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində

ebrunun-kameralardan-uzaq-tutdugu-qizi-anasinin-konsertinde
Oxunma sayı: 2461

Müğənni Ebru Gündeş 6 il fasilədən sonra Açıqhava konsertlərinə start verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, ilk konsertini verən müğənnini kameralardan uzaq saxladığı 8 yaşlı qızı Alara ön sıradan izləyib. Müğənninin fanatları Alaranın şəklini çəkməyi bacarıblar. 6 il sonra izləyiciləriylə görüşməkdən məmnun olduğunu bildirən Gündeş gecəni “Gönlümün efendisi” mahnısıyla açıb. O, tamaşaçılara müraciət edərək “Həyat bir gün, o da bu gün. Kefini çıxarın. Xoş gəldiniz” sözləri ilə konsertinə davam edib.  

Qeyd edək ki, Alara Ebrunun cənubi azərbaycanlı iş adamı Rza Zərrabla nikahından dünyaya gəlib.