Əbülfəs Qarayev Amerikada

ebulfes-qarayev-amerikada
Oxunma sayı: 1201

Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak edir. 

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev və Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini – Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə daxildir.

“Dialoqa sadiqlik: Qarşısıalınma və davamlı sülh naminə əməkdaşlıq” şüarı altında baş tutan forumun əsas məqsədi ölkələr, xalqlar və icmalar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün resursların səfərbər edilməsi və dünyada son illər sürətlə artan ayrı-seçkilik, rasizm, ksenofobiya, müxtəlifliyə dözümsüzlük fonunda dialoqa və sülhə sadiqliyi vurğulamaqdır.

Forumda nazir Əbülfəs Qarayevin Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, cari ildə “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi mövzusunda çıxışı, həmçinin BMT rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.