Əbülfəs Qarayev bu teatrlarda kadr dəyişikliyi etdi

ebulfes-qarayev-bu-teatrlarda-kadr-deyisikliyi-etdi
Oxunma sayı: 2105

Bölgə teatrlarında kadr dəyişikliyi olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. 

"Qafqazinfo" xəbər verir ki, əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.

Yeni təyinatlar yerlərdə teatr sənətinin inkişafına öz töhfəsini verəcək və yaradıcılıq baxımından daha da uğurlu layihələrin meydana çıxmasına şərait yaradacaq.