Əbülfəs Qarayev müşavirədə - Fotolar

ebulfes-qarayev-musavirede
Oxunma sayı: 648

Gəncə şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb.

Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edildi və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin yay turizm mövsümü ərzində fəaliyyət istiqamətləri dəyərləndirilib. 

Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib.  Bildirib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.