Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edəcək
Oxunma sayı: 375

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küçəsi, 1) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi