Əbülfəs Qarayev Peterburqda baş katiblə görüşdü

ebulfes-qarayev-peterburqda-bas-katible-gorusdu
Oxunma sayı: 1516

Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun işində iştirak edir. 

“Qafqazinfo”nun məlumatına görə, noyabrın 16-da Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində nazir Əbülfəs Qarayev və Azərbaycan nümayəndə heyətinin üzvləri ulu öndər Heydər Əliyevin şəhərdəki Qoroxova küçəsi 6 saylı binanın fasadına vurulmuş barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir Tavriçeski Sarayına gələrək MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov ilə görüşüb.

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində layihələrdə, bu sahədə təcrübə mübadiləsində xüsusilə maraqlı olduğumuzu diqqətə çatdırıb. Müasir kitabxana, mədəniyyət evləri, klublar, digər mədəniyyət obyektlərinin fəaliyyəti il bağlı ölkələrimizin keçmişdə oxşar təcrübəyə malik olduğu deyən nazir 2019-cu ilin MDB-də “Kitab ili” elan olunmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə kitabxanaların müasirləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin gənc yazarların ümumi nəşrinin hazırlanıb çap edilməsi təklif edilib.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurası baş katibin müavini, Azərbaycan Milli Məclisinin təşkilatdakı nümayəndəsi Aydın Cəfərov iştirak edib.

Azərbaycan nümayəndə heyəti üçün Tavriçeski Sarayının tarixi ilə bağlı qısa ekskursiya da təşkil edilib.

Nazir Əbülfəs Qarayev Sankt-Peterburqda Rusiya Dövlət Ermitajını da ziyarət edib, dünyaca məşhur muzeyin bir sıra ekspozisiya zalları ilə tanış olub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov naziri müşayiət edib.