Əbülfəs Qarayev qazax səfirlə görüşdü

ebulfes-qarayev-qazax-sefirle-gorusdu
Oxunma sayı: 645

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycan-Qazaxıstan arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirib.

Görüşün sonunda səfir qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirərək  bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib.