Əbülfəs Qarayev Şəkiyə gedir

ebulfes-qarayev-sekiye-gedir
Oxunma sayı: 657

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin avqust ayının 1-də saat 11ºº-da Şəki şəhərində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174 )  Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

"Qafqazinfo"nun məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.