Əbülfəs Qarayev Türkiyədə səfərdədir

Əbülfəs Qarayev Türkiyədə səfərdədir
Oxunma sayı: 372

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-3 noyabr 2017-ci il tarixində Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir. 

"Qafqazinfo" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri təmsil olunur. 

Tədbirin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib. 

Səfər çərçivəsində Əbülfəs Qarayev türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Türkiyənin məhz Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi dövründə İSESKO-ya üzv olma niyyətinin reallaşması istiqamətində müsbət addımlar atmasının təqdirəlayiq hal olduğunu qeyd edib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi