Əbülfəs Qarayev vətəndaşlarla görüşdü - Fotolar

ebulfes-qarayev-vetendaslarla-gorusdu
Oxunma sayı: 1155

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü sentyabrın 25-də Qusar şəhərində gerçəkləşib. “Qafqazinfo” xəbər verir ki, nazir Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan öncə Əbülfəs Qarayev Qusar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndirib. Ə. Qarayev digər rayonda da vətənaşlarla görüşüb.

Müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.