Əbülfəs Qarayev YUNESKO-da iclas keçirdi

ebulfes-qarayev-yunesko-da-iclas-kecirdi
Oxunma sayı: 640

YUNESKO baş qərargahında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, YUNESKO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO-nun rəsmiləri və işçi qrupun digər üzvlərinin iştirakı ilə keçirilən iclasda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə edilib.

Əbülfəs Qarayev qeyd edib ki, “Bakı Prosesi” Azərbaycan prezideti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir və bu proses çərçivəsində son 10 ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forumu, Nazirlər Konfransları və digər beynəlxalq tədbirlər təşkil edilib. Bu proses BMT-nin baş katibi tərəfindən təşkilatın əsas platforması kimi elan edilmişdir və bu baxımdan “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal xarakter alınıb.

Sonda nazir Əbülfəs Qarayev 2017-ci ildə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarını xatırladaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağını və Forumun yekununda Fəaliyyət Planının qəbul ediləcəyini bildirib.