Əbülfəs Qarayev Zaqatalada - Fotolar

ebulfes-qarayev-zaqatalada
Oxunma sayı: 2088

Avqustun 30-da mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. 

“Qafqazinfo” xəbər verir ki, nazir ilk olaraq Heydər Əliyev Mərkəzinə gəldi. Burada məlumat verildi ki, binanın birinci mərtəbəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət zəngin ekspozisiya yaradılıb. 

Ekspozisiyada həmçinin ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar və digər sənədlər nümayiş etdirilir. 

Nazir sonra Zaqatala Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub.  Qarayev daha sonra Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bundan əlavə, Uşaq incəsənət məktəbinə gələn nazir təhsil ocağının maddi-texniki vəziyyəti ilə maraqlanıb.

Mədəniyyət müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olan Əbülfəs Qarayev onların fəaliyyətinin daha da gücləndirilməsi, işin müasir tələblər səviyyəsində qurulması istiqamətində tapşırıq və tövsiyələrini verib.