Əbülfəz Bünyatov azadlığa buraxıldı

Əbülfəz Bünyatov azadlığa buraxıldı
Oxunma sayı: 5972

Nardaran hadisələrinə görə həbs edilən Əbülfəz Bünyatov azadlığa buraxılıb.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Bünyatovun müraciətinə Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində baxıb.

Qərara əsasən, Ə.Bünyatov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Ə.Bünyatov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı güllə yarası alaraq iflic olub. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə proseslərinə xərəkdə gətirilirdi və proses zamanı həkimin nəzarətində saxlanılırdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi