Əbülfəz Qarayev oliqarxları ittiham etdi

ebulfez-qarayev-oliqarxlari-ittiham-etdi
Oxunma sayı: 1048


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, nazir daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac olduğunu deyib: “Onu da etiraf etməliyik ki, bəzi sahibkarlar lazımi qədər məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik”.

Əbülfəs Qarayev bildirib ki, ötən il təxminən 6-7 şirkətin və hotelin lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır: “Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün hotellər lisenziyalaşdırılmış olsun”.

Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam etdiyini deyən nazir əlavə edib ki, dünən bununla bağlı növbəti əmr imzalayıb. Növbəti monitorinqlər üç istiqamət üzrə aparılır. Mədəniyyət və Turizm Nazirliyi, Iqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir.

Qeyd edək ki, Azərbaycanda otellərin əhəmiyyətli hissəsi məmur-oliqarxlara məxsusdur. Əbülfəs Qarayev vaxtaşırı bu cür monitorinqlərlə onlarla üz-üzə gəlir. Görünür, oliqarxların nazirlə hesablaşmaması onu daha sərt danışmağa məcbur edib.