Ece Afaqı məhkəməyə verir - Mahnısını oğurlayıb

ece-afaqi-mehkemeye-verir
Oxunma sayı: 2475

Türkiyənin tanınmış ifaçısı Ece Seçkin azərbaycanlı müğənni Afaq Aslanı məhkəməyə verir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb. 

Bildirilir ki, Afaq Ecenin “Follow me” mahnısının sözlərini icazəsiz dəyişdirərək ifa edib. Həmkarının bu addımına əsəbiləşən Ece məhkəməyə üz tutub. 

O, hətta sosial şəbəkədə paylaşım edib, Afaqın bu addımını hörmətsizlik hesab edib:

“Bu etdiyiniz hörmətsizlikdir. Mahnının müəllifindən icazə almadan oxumusuz, klip də çəkmisiz”.