Ece Afaqın mahnısını sildirdi - “Youtube”dan

ece-afaqin-mahnisini-sildirdi
Oxunma sayı: 2430

Türkiyəli müğənni Ece Seçkinin ifa etdiyi “Follow me”ni dəyişdirərək icazəsiz oxuyan Afaq Aslanın plagiat mahnısı “Youtube”dan silinib. 

“Qafqazinfo” xəbər verir ki, ekran işi türk müsiqilərinin müəllifini qoruyan qurum- MESAM tərəfindən  bloklanıb. 

Bu barədə “Milliyet” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Afaq Aslanın vəkili isə lazımı addımların atılacağını bildirib.