Ece Erken onunla sevgili olduğunu bu dəfə gizlədə bilmədi - Fotolar

ece-erken-onunla-sevgili-oldugunu-bu-defe-gizlede-bilmedi
Oxunma sayı: 2168

Türkiyəli aparıcı Ece Erkenin adı aylardır iş adamı Nazım Torbaoğlu ilə hallansa da, o hər dəfə bu xəbərləri təkzib edir.

“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, aparıcı ötən gün “Zorlu Raffes Otel”də biznesmenlə görüşüb. Onların görüş anından çəkilən şəklini isə sosial şəbəkədə bir izləyicisi paylaşıb. 

“Şəkli biz otelin lobbisində oturarkən çəkiblər. Çəkən bir qadındır. Jurnalistlər bizi çəksələr başa düşərəm, amma başqa insanların bunu etməsi yanlış hərəkətdir. Çox acizdirlər. O qadına qarşı dava açacağam”, - deyə E. Erken bildirib.