Ece Seçkinə qeyri-adi evlilik təklifi - Video

ece-seckine-qeyri-adi-evlilik-teklifi
Oxunma sayı: 2133

Türkiyəli müğənni Ece Seçkinə qeyri-adi evlilik təklifi olunub.  “Qafqazinfo” xəbər verir ki, ifaçıya sevgilisi Çağrı Terlemez sürpriz edib. 

Belə ki, o, Afrika qəbilə üzvlərininin arasında müğənniylə evlənmək istədiyini açıqlayıb. Ece Çağrının bu addımından təəcüblənib və ona “hə” cavabını verib.

Pop ifaçı daha sonra həmin görüntüləri instaqram səhifəsində paylaşaraq çox həyəcanlı olduğunu bildirib:

“Dünyanın ən çılğın evlilik təkliflərindən biri idi. Hər şey elə bil ki, yuxu idi. Səninlə çıxdığm bu yola, həqiqi və saf sevgiyə görə bir an düşünmədən “hə” deyirəm”.