“Əcəb edib bu cür şəkillər çəkdirmişəm”

eceb-edib-bu-cur-sekiller-cekdirmisem
Oxunma sayı: 3734


Bir müddət əvvəl yayılan dəniz kənarında çəkilən çılpaq şəkillərinə görə həyat yoldaşının onunla boşanmaq istədiyini bildirən müğənni bu məsələdə ətrafdakıları ittiham edib. Fotoqraf Şəhriyarı ittiham edən Sevinc bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. "Bu şəkilləri niyə çəkdirmisən?" sualına isə müğənni belə cavab verib. 

“Bu şəkilləri mən özüm üçün çəkdirmişəm. Əcəb etmişəm. Bu mənim şəxsi işimdir. Çəkdirməmişəm ki, saytlara yaysınlar. Bu məsələni belə qoymayacam. Mən icazə vermirəm mənim gizli saxladığım şəkilləri kimsə mediada yaysın. Buna görə cavab verəcəksiz”. 

Sevincin “əcəb edirəm” deməsi veriliş işitrakçıları tərəfindən birmənalı qarşılanmayıb. Onun bu sözünə görə qınayanlar səhv etdiyini söyləyiblər. 

“Sənin “əcəb edirəm” deməyinin nəticəsidir ki, bu gün şəkillər mediaya yayılıb. Sən bu sözü işlətməməlisən”.

Xatırladaq ki, Sevincin 2 aylıq oğlu var. Yeni anadan olan körpəsinə Yəhya adını verən müğənni hazırda bu şəkillərə görə həyat yoldaşından boşanmaq üzrə olduğu barədə məlumat verib.