Əcnəbi vətəndaşların öldüyü qəzaya görə sürücü tutuldu

Əcnəbi vətəndaşların öldüyü qəzaya görə sürücü tutuldu
Oxunma sayı: 690

Bakıda Hindistan və Banqladeş vətəndaşlarının öldüyü qəzaya görə sürücü tutulub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı,  90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran  Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat edib, digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimova xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi