“Əcnəbilər pula görə də gəlmirlər” - Fariz Nəcəfov narazıdır

ecnebiler-pula-gore-de-gelmirler
Oxunma sayı: 1419

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verib. "Qafqazinfo"nun məlumatına görə, o, öncə komandanın çıxışını dəyərləndirib: 

“Daha yaxşı çıxış edə bilərdik. Amma belə pis alınmadı. Qənaətbəxş saymaq olar. Xüsusən ikinci dövrədə yaxşı çıxış etdik".

Klub rəsmisi çempionatdakı legioner limitindən şikayətlənib: "Əsas məqsədimiz uğurlu çıxış etməkdir. Bunun üçün legioner limiti bizə mane olur. Bu limit mütləq dəyişdirilməlidir. Çünki, gətirdiyimiz əcnəbilər ehtiyatda oturur və narazılıq edir. Məsələn, "Qəbələ"də Endi Hallidey oynamaq üçün gəlmişdi. Amma narazıdır. Haqlı olaraq. Buna görə transfer etmək də çətinləşir. Artıq futbolçular pula görə də Azərbaycana gəlmir. PFL prezidenti Ramin Musayev də mənim tərəfimdədir. Amma limiti dəyişdirmək onun səlahiyyətində deyil. Baxın yaxşı yerli futbolçu harda var? Əsas oyunçular "Qarabağ"da cəmləşib. Biz də Avropa Liqasına hazır komanda kimi getmək istəyirik. Amma limit mane olur. Bu limiti 4-5 il bundan qabaq yerli futbolçuların yetişməsi üçün ediblər. Hansı futbolçu yetişdi? Xeyri yoxdur".