Əcnəbilərin sayı 12,8 faiz artıb

ecnebilerin-sayi-128-faiz-artib
Oxunma sayı: 5910

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülüb. Beləliklə, 2011-cu il iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 11 409 nəfərə yüksəlib.

Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Türkiyə vətəndaşları çoxluq təşkil edir- 6627 nəfər. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1420 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 597 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (378 nəfər), Hindistan (271), Çin Xalq Respublikası (232), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (136), Özbəkistan (131), Pakistan İslam Respublikası (97), Almaniya (91), Ukrayna (90), Malayziya (80), Türkmənistan (72), Qazaxıstan (66 ), ABŞ (61 ) və s. ölkələr gəlir

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Nigar Məmmədli