Əcnəbilərin Türkiyə vətəndaşı olması şərtləri sadələşdirildi

ecnebilerin-turkiye-vetendasi-olmasi-sertleri-sadelesdirildi
Oxunma sayı: 1815

Türkiyə vətəndaşlığını qazanmaq üçün nəzərdə tutulan sabit kapital məbləği 2 milyon dollardan 500 minə endirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, daşınmaz əmlak sahibi olan əcnəbilərin vətəndaşlığa keçidi üçün lazım olan minimum məbləğ isə 1 milyon dollardan 250 minə salınıb.

Bunlardan başqa, vətəndaşlığa keçmək hüququ qazanmaq üçün Türkiyədəki banklarda tutulması lazım olan əmanət miqdarı da 3 milyon dollardan 500 minə endirilib.