“Ədalət nə zaman doğulacaq?”

edalet-ne-zaman-dogulacaq
Oxunma sayı: 649


Proqramın aparıcısı Elxan Şahinoğlu qonaqlar - hərbi ekspert Üzeyir Cəfərov və politoloq Ərəstun Baxşəliyevlə “ərəb baharı”, Avropada artan iqtisadi tənəzzül, İran-Azərbaycan münasibətləri və Fransa parlamentinin son qərarını müzakirə ediblər. Üzeyir Cəfərov İranın Azərbaycana qarşı siyasətinin 2012-ci ildə də dəyişməyəcəyini deyib, Ərərstun Baxşəliyev isə Tehranın aqressiv addımlarının ona baha başa gələcəyini bildirib. “Erməni soyqırımı”nın inkarını nəzərdə tutan qanun layihəsinin Fransa Senatında təsdiqi halında bunun Azərbaycanla münasibətlərə də mənfi təsir edəcəyini vurğulayan ekspertlər, bu siyasətin Parisin həmsədrlikdən uzaqlaşdırılacağı ilə bitəcəyini vurğualyıblar.

Proqramda erməni lobbisinin Fransanın ardından ABŞ-da da fəallaşdığı bildilərək, səfir Metyu Brayzanın geri çağırılmasının bu ölkənin Azərbaycanla münasibətlərə bir müddət soyuqluq gətirə biləcəyi dilə gətirilib. Bu da ondan irəli gəlir ki, yeni səfirin təyinatı yubana bilər, bu müddətdə isə ABŞ-ın Azərbaycandakı səfirliyi səfirsiz çalışmalı olacaq.

Elxan Şahinoğlu sonda 2011-ci ili qısaca dəyərləndirərək, proqrama belə yekun vurub: “2011 böyük təlatümlərlə, inqilablarla və avtoritar rejimlərin yıxılması ilə yadda qaldı. Ancaq ədalətin dünya miqyasında bərpasına hələ çox var. Məşhur alimimiz Rafiq Əliyevin proqramımızda dediyi ifadəni təkrarlamağa ehtiyac var: Dünya ədalətə hamilədir. Demək, doğuşu gözləmək lazımdır...”

Proqramın tamamını aşağıdakı linkdən izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=w_wzeDJhlgI&feature=youtu.be