Ədaləti pozan- Allahın tərəzisi ilə müxaliflik etmiş sayılır

edaleti-pozan-allahin-terezisi-ile-muxaliflik-etmis-sayilir
Oxunma sayı: 1755


“Qafqazinfo” xəbər verir ki, bəzən insan razılıq və qəzəbdə ifrat və təfritə düçar olur, xüsusilə də tərifləməkdə və ya məzəmmət və tənqiddə. Allah Təalanın tövsiyəsi budur ki, həm razı olan halda və həm də əsəbləşən və qəzəblənən zaman ədalətə riayət edək, ifrat və ya təfrit etməyək.

Bəzi insanlar baxmayaraq ki, dini vəzifələrinə əməl edirlər, lakin şəhadət verən zaman və ya hökm çıxaran zaman qarşı tərəfə kinləri olduğu üçün ifrat və ya təfritə düçar olurlar. Bu yolla qarşı tərəfin haqqını tapdalamış olurlar. Bu zaman günah edər və Allahın qəzəbinə tuş gələrlər.

Ona görə də Quran bizləri istər şəhadət halında olsun, istər idarəçilik edəndə, istərsə də hökm çıxardan zaman ədalətə riayət etməyi əmr edir. “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).

“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır”. (“Maidə” 8).

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, insanlarla ticarət edər, onlara zülm etməz, onlarla danışan zaman yalan deməz, onlara verdiyi vədinə xilaf çıxmaz, o kəslərdəndir ki, cömərdliyi kamil olmuş, ədaləti aşkar olmuşdur. (Onunla) qardaş olmaq vacib və qeybəti haramdır”.

İmam Əlidən (ə) gələn bəzi hədislərə diqqət edək: “Ədalət – rəiyyətin arxası və gözətçisi, hakimlərin zinətidir”.

“Ədalət odur ki, nə zaman zülm görsən, zalıma qarşı insaflı olasan. Ehsan və yaxşılıq odur ki, nə zaman qüdrətin olsa, güzəşt edəsən”.

“Ədalət – Allahın tərəzisidir ki, onu bəndələrinin həyat xeyməsinə qoymuşdur və haqqı ayaqda tutmaq üçün nəsib etmişdir. Ona görə də Onunla tərəzidə müxalifətlik etmə”.

“İki şey vardır ki, mükafatları çəkiləsi deyildir: güzəşt və ədalət”.

“O kəsin ki, gizlisi aşkarı ilə eynidir, rəftarı danışığına uyğun gəlir, əmanəti əda etmişdir, ədaləti həyata keçmişdir”.

İmam Sadiq (ə) buyurur: “Adil o kəsdir ki, gözünü haramdan aşağı dikər, dilinə aid olan günahdan dilini saxlayar, zülm etməkdən əl saxlayar”.

Allah Təala bizləri ədalətlilərdən qərar versin. Deyerler.org