Ədəbiyyat üzrə Nobel mükafatı bu il verilməyəcək

edebiyyat-uzre-nobel-mukafati-bu-il-verilmeyecek
Oxunma sayı: 876

Dünyanın ən prestijli mükafatlarından sayılan ədəbiyyat üzrə Nobel mükafatı bu il verilməyəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveç Akademiyası məlumat yayıb. Bildirilib ki, bu qərar ötən ay İsveç Akademiyası Münsiflər Heyəti üzvlərindən birinin ərinin laureatlar haqqında məlumatları media orqanlarına sızdırması ilə bağlıdır. Bir qədər sonra isə həmin adam cinsi zorakılıqda ittiham edilib.

2018-ci ilin mükafatı 2019-cu ilin mükafatı ilə birlikdə təqdim olunacaq. Akademiyadan daha əvvəl də müxtəlif səbəblərdən 7 dəfə mükafatın verilməsinin təxirə salındığı xatırladılıb. 

Nuranə