Ədliyyə naziri də görüş keçirdi

edliyye-naziri-de-gorus-kecirdi
Oxunma sayı: 1160

Sentyabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov Samux rayonu Heydər Əliyev Mərkəzində Samux və Yevlax rayonlarından və Naftalan şəhərindən, eləcə də digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.