Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
Oxunma sayı: 439

Noyabrın 14-də ədliyyə naziri Fikrət Məmmədov Saatlı rayonu Gənclər Mərkəzində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.

İclasda  ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinə baş çəkilərək fəaliyyəti və iş şəraitinin yaxşılaşdırılması üzrə görülmüş tədbirlərlə tanış olunub, müşavirə keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub. Həmçinin, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə görülən tədbirlər qeyd olunub, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi