Ədliyyə Nazirliyi Eynulla Fətullayevə icazə verdi

edliyye-nazirliyi-eynulla-fetullayeve-icaze-verdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, bu barədə birliyin sədri Eynulla Fətullayev məlumat verib. İlk olaraq birliyin monitorinq qrupu Qobustan qapalı həbsxanasına baş çəkərək oradakı vəziyyətlə tanış olmaq niyyətindədir. “Biz bu məsələdə şəffaflıq prinsipinin təmin olunmasına görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk və saxlanma yerlərində islahatların sürətlənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik” - deyən hüquq müdafiəçisi Penitensiar Xidmətlə konstruktiv əməkdaşlığa ümid edir. Layihədə “İnsan Haqları Uğrunda” İctimai Birliklə yanaşı İnsan Haqları Klubu da iştirak edəcək. E.Fətullayevin sözlərinə görə, saxlanma yerlərində monitorinqlərin keçirilməsi layihəsi bəzi beynəlxalq donorların dəstəyi ilə baş tutacaq.

Səidə