Ədliyyə Nazirliyinin idarə rəisi saxlanılıb

edliyye-nazirliyinin-idare-reisi-saxlanilib-
Oxunma sayı: 634

Ermənistanın Kentron və Nork-Maraş inzibati rayonlarının ümumi yurikdiksiya məhkəməsi dünən axşam Ermənistan Ədliyyə Nazirliyinin cinayət-cəza müəssisələri idarəsinin keçmiş rəisi Samvel Ovanissyana qarşı həbs qəti imkan qərarı qəbul edib.

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Ovannisyana Ermənistan Cinayət Məcəlləsinin "adam öldürməyə cəhd" maddəsi ilə ittiham təqdim edilib. Mətbuatda yayılan məlumata görə, Ovannisyan tamah məqsədi ilə qətlə cəhd edib.

Vəkil bildirib ki, həbs olunan özünü günahkar saymır. "Biz sanırıq ki, ittihamlar əsassızdır", - deyə hüquq işçisi bildirib.