Ədliyyə orqanlarına işə qəbulla bağlı imtаhаnın nəticələri açıqlandı

edliyye-orqanlarina-ise-qebulla-bagli-imthnin-neticeleri-aciqlandi
Oxunma sayı: 2325

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

“Qafqazinfo” xəbər verir ki, namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

441 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 226 nəfər müvəffəqiyyət qazanıb (siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az ) internet səhifələrində yerləşdirilib).

İmtahanda uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.