Ədliyyə orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilir

edliyye-orqanlarina-ise-qebulla-elaqedar-imtahan-kecirilir-
Oxunma sayı: 637

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə bildirib ki, imtahanda iştirak etmək üçün 350-dən çox namizəd müraciət edib.

O deyib ki, test imtahanlarında iştirak üçün namizədlərin yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayət edib.

Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək. Vakant ştat vahidləri əsasən, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.

İmtahanda iştirak edən namizədlər əsasən, gənclərdir. Hər 3 namizəddən biri qadındır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Arzu Bağırov isə jurnalistlərə bildirib ki, test imtahanında namizədin hüquqi biliklərinin, məntiqi nəticə çıxarmaq qabiliyyətinin və ümumi dünyagörünüşünü müəyyən etmək üçün 100 sual təqdim olunub.

O bildirib ki, imtahanda 55 və daha artıq bal toplamış, həmçinin bundan sonra aparılmış yoxlamanın nəticələrinə əsasən, qanunvericiliklə ədliyyə orqanlarında çalışmaq üçün müəyyən edilmiş tələblərə cavab verən şəxslər II mərhələyə - söhbətə buraxlaxaqlar.