ƏƏSMN-də seminar olub

eesmn-de-seminar-olub
Oxunma sayı: 782


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Avropa Şurasının Avropa Sosial Xartiyası və Avropa Sosial Təminat Məcəlləsi Departamenti ilə birgə təşkil olunan seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

Seminarda çıxış edən nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov insan hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycanın mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının ayrı-ayrı maddələrinin Azərbaycan tərəfindən ratifikasiya edilməsinin bu əməkdaşlıqda bir təməl rolunu oynadığını deyib.

Tədbirdə Avropa Şurasının Avropa Sosial Təhlükəsizlik Məcəlləsi və Avropa Sosial Xartiyası şöbəsinin administratoru xanım Ana Qomezin, ayrı-ayrı beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib, qeyd edilən protokolun mahiyyəti və tələbləri barədə məlumatlar verilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.   

Qeyd edək ki, sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan  Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 18 maddəsi  06 yanvar 2004-cü il tarixdə Azərbaycan Respublikası tərəfindən  ratifikasiya edilib.