“Efirdə söyüş söymüşəm…”

efirde-soyus-soymusem
Oxunma sayı: 1843

Müğənni Səidə Sultan “ATV maqazin onlarla” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi “Onlarla 3 dəqiqə” rubrikasının 33 sualına cavab verib. 

Səidə proqramda qalmaqallı fikirləri ilə yadda qalıb. O, müxbirin “Kiməsə yarıçılpaq şəklini göndərmisən?” sualına gülərək “Olub” -deyib. 

S. Sultan, bundan əlavə spirtli içki qəbul etmədiyini, sadəcə olaraq pivə içdiyini qeyd edib. Səidə proqramda vaxtı ilə efirdə söyüş söydüyünü də qeyd edib. 

İfaçı bir zamanlar həmkarı ilə eşq yaşadığını da bildirib: “Belə şey olub, uşaq idik. Hisslər yaxşı idi, ciddi olacaq bir şeylər idi. Amma özüm ayrıldım. Ömür boyu qismətimdən qaçmışam”. 

O, müxbirin ömür boyu hamam suyu ilə özünə dost tutan məşhurun kimliyi barədə verdiyi suala isə “Xuraman Şuşalı” deyə cavab verib.