Əflatun Amaşovdan Hacıbala Abutalıbova müraciət

eflatun-amasovdan-hacibala-abutalibova-muraciet
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə Azərbaycanda qəzet satışının qurulmasında mühüm vasitə olan səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş olunub. Müraciətdə vurğulanıb ki, bu günlərdə bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar MŞ-yə müraciət ünvanlamış və həmin sənəd şurada müzakirə olunub.

“2005-ci ildə oxşar problem şəhərin mərkəzindəki qəzet stendlərində satışla bağlı yaranmışdır. O vaxt MŞ ilə BŞİH arasında əldə olunmuş razılığa əsasən mövcud istiqamətdə fəaliyyət göstərən şəxslər şəhər icra hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən müvafiq lisenziya ilə təmin olunmuş və məsələ öz həllini tapmışdı”. Müraciətdə, eyni zamanda, dünya təcrübəsində rast gəlinən səyyar qəzet satışının ölkəmizin kütləvi informasiya vasitələrinin iqtisadi imkanları baxımdan da səmərəliliyi əsaslandırılıb.