Əfqan Həmzəyev Qitələrarası kubokda

efqan-hemzeyev-qitelerarasi-kubokda
Oxunma sayı: 661

Qol.Az-ın məlumatına görə, Həmzəyev Beynəlxalq Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə noyabrın 21-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Qitələrarası kubok yarışanda iştirak edəcək.

Bundan əlavə, 18-19 noyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Əfqan Həmzəyevin iştirakı ilə seminar keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Çimərlik Futbolu Federasiyası tərəfindən Əfqan Həmzəyev Qara dəniz hövzəsi ölkələrinin çimərlik futbolu üzrə «Dostluq» kubokunun Təşkilat Komitəsinin sədri təyin olunub.