Əfqan Muxtarlının məhkəməsinin vaxtı açıqlandı

efqan-muxtarlinin-mehkemesinin-vaxti-aciqlandi
Oxunma sayı: 903

Həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işləri üzrə məhkəmə prosesinin ilk iclası təyin edilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Balakən Rayon Məhkəməsində keçiriləcək proses noyabrın 30-da başlayacaq.

İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
 
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir.

Murad Əhməd