Əfqanıstan bombalandı, 13 dinc sakin öldü

efqanistan-bombalandi-13-dinc-sakin-oldu
Oxunma sayı: 656

Əfqanıstanın Kunduz əyalətinə hava hücumu nəticəsində azı 13 mülki vətəndaş ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, ölənlər arasında qadınlar və uşaqlar da var. 

Qeyd edək ki, Əfqanıstanın Müdafiə Nazirliyi ötən gün bəyan etmişdi ki, Kunduzda havadan və qurudan davam edən əməliyyatların gedişində 87 talib məhv edilib, dörd hərbçi isə ölüb.