Əfqanıstan prezidenti “Taliban”ı siyasi qrup kimi tanımağa hazırlaşır

Əfqanıstan prezidenti “Taliban”ı siyasi qrup kimi tanımağa hazırlaşır
Oxunma sayı: 453

Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” radikal hərəkatının siyasi qrup kimi tanınması üçün çağırış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qani bəyan edib ki, Əfqanıstan hökuməti taliblərə və onların ailələrinə pasportlar verəcək. Eyni zamanda, hərəkat liderlərinə tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün çalışacaq. 

Prezident əlavə edib ki, həbsdə olan hərəkat üzvlərinin azad edilməsi üçün siyahı hazırlanması istiqamətində də işlər görüləcək. 

Qani hökumətin sülh prosesinə qoşulacaq “Taliban” üzvlərinin təhlükəsizliyini qoruyacağını vurğulayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi